Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABA ilə Azərbaycan Fintex Assosiasiyası arasında görüş keçirilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası rəhbərliyi arasında görüş keçirilib.

Görüş zamanı Assosiasiyalar arasında əməkdaşlıq əlaqələrinin inkişafı, birgə fəaliyyət istiqamətləri, o cümlədən rəqəmsal maliyyə xidmətləri, rəqəmsal ödəniş ekosisteminin inkişafı və təhlükəsizliyi məsələləri müzakirə edilib, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin hər iki Assosiasiya üzvlərinin maraqlarında olan digər məsələlərə toxunularaq, mövcud imkanlar və çağırışlar nəzərdən keçirilib.

Check Also

AMB 4 ödəniş təşkilatına çatışmazlıqların aradan qaldırılması barədə məcburi göstəriş verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Global İnnovations”, “United Payment”, “Baku Pay” və “Fizza Pay” məhdud məsuliyyətli …