Cümə , 22 Noyabr 2024
Drone Cameras

Emil Rasimoğlu yazır: Nərmin Kamalın mətnə çata bilməməsi və ya yarımfoto

Nərmin Kamalın bu günlərdə bir silsilə yazılarını oxudum. Onlara şeir-poet sərlövhəsi deməyəcəyəm. Niyəsini az sonra izah edəcəyəm… Əslində yazı var problem onun şeir, poeziya ümumilikdə tam mətn halından (yaranmış vəziyyətindən) sonakı bədii məziyyətindədir. Yazı da var problem onun həmin hala qədər olan hissəsindədir. Yəni yaranma prosesindədir. Bir az da daha dəqiq desək, yarımçıqlığında, mətn halına gətirilə bilməməsində…

Qarşındakı tam mətndisə bu zaman onun nə dərəcədə bəşəriliyi əks etdirməsindən, ümumən modern ədəbi təfəkkürdən, nə dərəcədə novator qələmdən qaynaqlanmağından söz açmağa dəyər. Əks halda əsla! Bu baxımdan dediyim kimi mən bütövlükdə Nərmin Kamalın yazılarının bədii keyfiyyətindən söz açmayacağam, özünün yaradıcı mexanizminin problemindən danışacağam. Çünki onun hazırkı yazılarındakı problem ədəbi təfəkkürünün problemidir, mətnin yox. Bunları qarışdırmaq lazım deyil. Mətn ümumilikdə tamdısa yəni əvvəldən sona mətn halına gətirilibsə o zaman ortadakı hər hansısa bir çatışmazlıq, problem mətnindi, yox tam deyilsə artıq burada problem müəllifin yaradıcı təfəkkürünündür, həmin o mexanizmindir.

Bilirsiniz, qısaca demək olarsa ədəbi mətn həyatın, təbiətin…və ya insan dərkinin yaratdığı hər hansısa bir hadisənin bütünlükdə ədəbi hadisəyə çevrilməsinin nəticəsidir. Bunlar çox incə məsələdir. Burada müəllifin öz yaradıcı emal mexanizminin ilk öncə var olması mütləqdir. Hələ var olandan sonra onun necə emal etməsi məsələsi meydana gəlir ki, bu da bir başqa mövzudur. Amma yetər ki, ilk öncə vurğuladığım o emal mexanizmi olsun. Məsələn, deyək ki, haradasa bir ağacın bitib böyüməsi təbiət hadisəsidir. Bu hadisənin müəllifi təbiətdir…və sən bir xarrat olaraq o ağacı kəsib öz emalatxanana gətirirsən, hissələrə bölürsən…və iş burada da qalır. Yəni o hissələrdən yaradıcılığı əks etdirəcək nələrsə hazırlamırsan. Bu zaman sən bir qabiliyyət, bacarıq sahibi kimi sadəcə mexaniki əziyyət çəkirsən.

Yəni təbiət hadisəsini öz bacarığından, dərkinin kreativ dəzgahından keçirib yaradıcı hadisəyə çevirmirsən… Nərmin Kamalın oxuduğum yazıları eynilə bu mənzərədədir. Hadisə, mövzu, əmək, zaman itkisi var amma yaradıcılıq mexanizminin, dəzgahın bütöv izi, işi yoxdur. Hamısı necə deyərlər, yarı-yarımçıq…Sənəti əks etdirəcək təsvirə gəlib çatmayıb. Düzdür, həmin yazıların müxtəlif hissələrində kiçicik nələrsə görmək olar. Bir qədər modern düşüncə, bir qədər istedad işartısı, bir qədər azad təfəkkür…və.s…Amma təbii ki, bunlar hələ bütövlükdə mətn demək deyil. Çəkdiyim ağac misalına istinadən desək, Nərmin Kamal sanki ağacı doğrayıb, hissələrə bölüb…və hətta bəzi hissələrin üzərində nələrsə etmək istəyib o da alınmayıb, eləcə zədələyib… Mən mətn deyərkən təbii ki, ənənəvi ədəbi dərki, yolu yox, bəşəri, modern, novator düşüncədən yaranan, özünəməxsusluğa söykənən tablonu nəzərdə tuturam…

Uğurlar, Nərmin Kamal!

Emil Rasimoğlu

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …