Cümə , 27 Mart 2026
Drone Cameras

Pakistanda partlayış olub, ölən və xəsarət alanlar var

Pakistanın cənub-qərb əyaləti Bəlucistanın inzibati mərkəzi Kvetta şəhərində mağazada əl qumbarasının partlaması nəticəsində azı bir nəfər həlak olub, daha dörd nəfər yaralanıb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “Sinxua” agentliyi bildirib.

Agentliyin məlumatına görə, bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, onlardan biri ağır vəziyyətdədir.

Qeyd edilir ki, mağazada avqustun 14-də qeyd ediləcək dövlət Müstəqilliyi Günü ilə əlaqədar milli bayraqlar və başqa simvollar satılıb. Bu, son iki gün ərzində şəhərdə milli bayraqların satıcılarına ikinci hücumdur.

Check Also

Yerin altında “cəhənnəm”: ABŞ 14 tonluq bunker bombaları atdı

ABŞ Hərbi Hava Qüvvələri İranın mərkəzi hissəsində yerləşən Kods şəhərindəki strateji yeraltı hərbi obyektlərə qarşı …