Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

ABŞ Əfqanıstanda “Taliban”ın mövqelərinə zərbələr endirib

Birləşmiş Ştatların Hərbi Hava Qüvvələri son iki-üç gün ərzində Əfqanıstanda “Taliban”n mövqelərinə havadan zərbələr endirib.

Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

“Biz son 24-48 saat ərzində bir neçə hava zərbəsi endirdik. Biz onları dəstəkləməyə davam edirik və onlarda “Taliban”da olmayan üstünlüklər var və indi onların bundan istifadə etmək imkanı var”, – Amerika hərbi müəssisəsinin nümayəndəsi deyib.

Kirbi həmçinin əlavə edib ki, Birləşmiş Ştatların hərbi qulluqçularının Əfqanıstandan çıxarılması ilə Amerika qüvvələrinin Kabilə havadan hərbi dəstəyin verilməsi avqustun 31-də başa çatır. Ölkənin sonrakı müdafiəsi haqqında qərarlar qəbul edilməyib.

O qeyd edib ki, əfqan tərəfi Amerika hərbi hava qüvvələri ilə müqayisədə silahlıların mövqelərinə daha çox zərbələr endiriblər.

Check Also

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç …