Cümə , 22 Noyabr 2024
Drone Cameras

1-ci Azərbaycan “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi keçiriləcək

Minatəmizləmə Agentliyi “Bakı Expo” Mərkəzində təşkil olunacaq 1-ci Azərbaycan “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin keçirilməsi ilə əlaqədar sərgi stendinin və digər avadanlıqların icarəsi xidməti üçün açıq tender elan edib.

Boyukmillet.com xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

İddiaçılar ilkin sənədləri sentyabrın 21-i, saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin %-i qədər bank təminatını isə sentyabrın 29-u, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun baş mütəxəssisi Tural Gülüşovdur. Telefon: (055) 455-31-30.

Nəticələr sentyabrın 30-u, saat 11:00-da Portalda açıqlanacaq.

Check Also

Prezidentlə oğlu Ağdamın Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 19-da Ağdam rayonunun Eyvazxanbəyli kəndinin …