Şənbə , 12 Aprel 2025
Drone Cameras

İlham Əliyev Rusiya Prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.

Boyukmillet.com-un məlumatına görə, mətndə deyilir:

“Hörmətli Vladimir Vladimiroviç.

Perm Dövlət Milli Tədqiqat Universitetində atışma nəticəsində həlak olanlar və yaralananlar barədə xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərərçəkmişlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.

Check Also

İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl …