Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İqtisadi Zonaların İnkişafı Agentliyi “Rebuild Karabakh” sərgisində iştirak edir

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində (”Rebuild Karabakh”) öz stendi ilə iştirak edir.

Bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, maraqla qarşılanan stenddə sərgi iştirakçılarına ölkədə fəaliyyət göstərən sənaye zonaları və rezidentlərə tətbiq olunan güzəştlər, Qarabağda yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarının konseptual planları barədə məlumat verilir. Sərgi çərçivəsində “İşğaldan azad olunmuş ərazilərin iqtisadi, investisiya və turizm potensialı, Qarabağda həyata keçirilməsi təklif olunan layihələr” mövzusuna həsr edilmiş panel iclasda sənaye zonalarına dair təqdimat keçirilib. Sərgidə həmçinin, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri – İnşaat Kimyəviləri Zavodu, “Azertexnolayn” MMC, “STP” MMC-də öz stendləri ilə təmsil olunur.

“Rebuild Karabakh” ötən gün işə başlayııb və sabah başa çatacaq.

Check Also

Azərbaycan şirkətləri Britaniyada keçiriləcək sərgiyə dəvət olunub

Azərbaycanın innovativ aqrotexnologiyalar sahəsində fəaliyyət göstərən şirkətləri 2025-ci ilin yanvarında Böyük Britaniyada keçiriləcək kənd təsərrüfatı …