Çərşənbə axşamı , 22 Aprel 2025
Drone Cameras

XİN başçısı: “Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb”

“Azərbaycanın zəfər əldə etməsi və Türkiyə ilə qurduğu münasibətlər nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranıb”.

Boyukmillet.com  “Anadolu”ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, bunu da hər kəs qəbul edir və edəcək: “Azərbaycan üçün mübarizənin yeni mərhələsi başlayıb. Otuz ildir işğal altında olan, yerlə-yeksan edilmiş, bir milyona yaxın insanımızın didərgin salındığı həmin torpaqların minalardan təmizlənməsi kimi böyük bir iş bizi gözləyir. Bu il bu mövzuda ciddi işlər görülməlidir. Artıq illəri əhatə edəcək yox, aylarımızı alacaq işlərdən danışırıq. Aylar sonra köçkünlərin bəziləri yurdlarına qayıdacaq”.

Check Also

Şamil Ayrım: Azərbaycan Prezidenti ADA Universitetində dediyi fikirlərlə qardaşlığın əməldə olduğunu bütün dünyaya göstərdi

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq …