Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Naxçıvanda maliyyə mənbələrindən əsas kapitala yönəldilən vəsait açıqlanıb

2021-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 869 milyon 785 min 700 manat vəsait yönəldilib.

Bu barədə Boyukmillet.com muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu vəsaitin 94,7 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

Cari ilin ötən dövründə muxtar respublikada infrastruktur quruculuğu tədbirləri çərçivəsində 88 şagird yerlik 1 ümumtəhsil məktəbi, 12 inzibati bina, 1 nasos stansiyası, 13 subartezian quyusu, 1 körpü, 16 mədəniyyət müəssisəsi, 10 səhiyyə müəssisəsi, 103 istehsal və xidmət sahəsi, 2 idman obyekti və bir sıra digər obyektlər tikilib, 7 təhsil müəssisəsi, o cümlədən 1 700 şagird yerlik 5 ümumtəhsil məktəbi, 1 inzibati bina, 1 körpü, 1 səhiyyə müəssisəsi, 1 idman obyekti və digər obyektlər yenidən qurulub.

Bizim Facebook səhifəmizə abunə olun

Check Also

Azərbaycanda vahid xəzinə hesabının idarə edilməsindən ötən il 121 milyon manat gəlir əldə olunub

2025-ci ildə Azərbaycanda vahid xəzinə hesabının effektiv idarə edilməsi sayəsində dövlət büdcəsinə ümumilikdə 121 milyon manat gəlir …