Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Merkel və Zelenski regional təhlükəsizliyi müzakirə ediblər

Almaniya kansleri vəzifəsini müvəqqəti icra edən Angela Merkel və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Danışıqlar zamanı Minsk razılaşmalarının həyata keçirilməsi üçün Normandiya formatında işi davam etdirmək barədə razılığa gəlinib.

Merkel və Zelenski Ukraynanın şərqindəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər. Kansler Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Liderlər, həmçinin Belarus-Avropa İttifaqı, o cümlədən Belarus-Ukrayna sərhədindəki vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …