Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

XİN Laçının işğaldan azad olunmasının 1 ili ilə bağlı paylaşım edib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tviterdəki hesabında Laçın rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il keçməsi ötməsi ilə bağlı paylaşım edib.

Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir:

“1 dekabr, 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Laçın rayonunda üçrəngli bayrağımızı ucaltdı”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən Laçın dekabrın 1-də Azərbaycana qaytarılıb. Düşmən Laçını 1992-ci il mayın 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçərək işğal etmişdi.

Check Also

“Kipr türk xalqının bərabər beynəlxalq statusu üçün təşəbbüslərimizi davam etdiririk” – Hakan Fidan

Türkiyə Respublikasının Xarici İşlər Naziri Hakan Fidan Kipr türk xalqının suveren bərabərliyi və bərabər beynəlxalq …