Bu gün Moskva şəhərində Azərbaycan, Ermənistan baş nazirlərinin müavinlərinin və Rusiya hökuməti sədrinin müavininin birgə sədrliyi ilə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilən Üçtərəfli İşçi Qrupun görüşü olacaq.
Boyukmillet.com “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan söyləyib.
Görüşdə bütün nəqliyyat və iqtisadi kommunikasiya xətlərinin açılması məsələsi müzakirə olunacaq.
Qeyd edək ki, Üçtərəfli İşçi Qrupunda Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı hökumət sədrinin müavini Aleksey Overçuk, Ermənistanı isə Baş nazirin müavini Mger Qriqoryan təmsil edir.