Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Əziz Ələkbərov: “Bütün vasitələrdən istifadə edib, tarixi torpaqlarımızı geri almalıyıq”

“1918-ci ildəki status-kvoya qayıdılmalı, Qərbi Zəngəzur, Dərələyəz, Göyçə və Vedibasar mahalları əraziləri danışıq masası üzərinə yatırılmalı, həmin ərazilər təzminat olaraq Azərbaycana geri qaytarılmalıdır, ya da…”

Milli Məclisin deputatı, Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərov “Yeni Müsavat”a geniş müsahibə verib. Zəngəzur və Qarabağdan, Qərbi Azərbaycandan deportasiya edilən azərbaycanlılardan və digər mövzulardan bəhs edən söhbətimizi təqdim edirik:

– Əziz bəy, dekabrın ilk günü tarixi Azərbaycan ərazisi olan Zəngəzurun Ermənistana “bağışlanması”nın növbəti ildönümü tamam oldu. Biz adətən İrəvanın ermənilərə güzəşt edilməsindən danışırıq, hansı ki, 1918-ci ilin 29 mayında Azərbaycan dövləti mövcud deyildi. Lakin Zəngəzurun güzəşti ikinci respublikamızın mövcudluğu dövründə baş verdi. Necə bilirsiniz, bu, baş verməyə bilərdimi?

– Əvvəla, “Zəngəzurun Ermənistana bağışlanması” fikri ilə razı deyiləm, mən “Zəngəzurun Azərbaycandan qoparılması” deyərdim. 1920-ci il dekabrın 1-i nəticə idi, dekabrın 1-nə qədər Zəngəzur uğrunda uzun bir yol gedilmişdi. Hələ 1918-ci ildə Andronikin Naxçıvandan keçərək Zəngəzura girməsi, Gorus rayonunun Tatev kəndində qərargah qurması, Zəngəzurda azərbaycanlı kəndlərini yerlə-yeksan etməsi Azərbaycan Cümhuriyyətini o dərəcədə narahat etmişdi ki, 1919-cu il yanvarın 25-də Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə yanaşı,  Zəngəzur qəzasının da daxil olduğu Qarabağ general-qubernatorluğu yaratmış və Cümhuriyyətin ilk müdafiə naziri Xosrov bəy Sultanovu da general-qubernator təyin etmişdi. Az sonra Xosrov bəyin qardaşı Sultan bəy Sultanovun komandanlığı ilə Cümhuriyyət qoşunları daşnakların böyük bir hissəsini Zəngəzurdan qovub çıxarsa da, buprosesin sona çatdırılmasına imkan verilmədi, Amerika missiyası prosesə müdaxilə etdi, daşnakların Zəngəzurdan tamamilə çıxarılmasının qarşısını aldı və Azərbaycan qoşunlarını bölgədən çıxartdı. Bundan istifadə edən daşnaklar təzədən Zəngəzura soxuldular və 100-dən artıq azərbaycanlı kəndini yerlə-yeksan etdilər.

Azərbaycanda sovet hakimiyyəti qurulanda Azərbaycan bolşevikləri Cümhuriyyətdən belə bir “Zəngəzur” miras almışdılar. Bununla belə, Azərbaycan SSR hökumətinin Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra – aprelin 30-da  ilk işi Ermənistana nota göndərmək oldu və ermənilərdən qoşunlarını Qarabağ-Zəngəzurdan çıxarmağı tələb etdi.

“Ermənilər heç vaxt heç bir vədlərinə əməl etməyiblər, bunu onlardan gözləmək də lazım deyil. Sadəcə, onları güc tətbiq etməklə nəyəsə məcbur etmək mümkündür”

– 1920-ci il dekabrın 1-də Bakı Sovetinin Ermənistanda sovet hakimiyyəti qurulması münasibətilə keçirilən “tarixi” iclasında Nəriman Nərimanov bəyanatla çıxış etdi: “Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir”. Sonradan Naxçıvanla bağlı geri dönüş oldusa, Zəngəzurun qərb hissəsi Azərbaycandan qoparıldı. Sizin bu məsələlərlə bağlı yanaşmanız necədir?

– İyunun 19-da Nəriman Nərimanov Leninə teleqram vuraraq bildirmişdi ki, Zəngəzurda sovet hakimiyyəti quruldu və Zəngəzur camaatı özünü Azərbaycanın ayrılmaz hissəsi hesab edir. Bundan sonra Nərimanovla Orconikidze, Stalin, Mikoyan, Çiçerin, Lenin qruplaşması arasında Qarabağ, Zəngəzur və Naxçıvan üstündə tam bir mübarizə gedir. Nərimanov Azərbaycan torpaqları uğrunda onlarla tam bir qladiator savaşı aparır. Bu barədə kifayət qədər arxiv sənədləri var. O vaxt Nərimanov Azərbaycan hökumətinə rəhbərlik edirdi, partiya rəhbərliyi isə rusların və ermənilərin əlində idi. Nərimanovun öhdəsindən gələ bilməyəcəklərini görən Orconikidze Azərbaycan hökumətinin xəbəri və razılığı olmadan Zəngəzurun Ermənistana verilməsi barədə partiya qərarı çıxarmağa nail olur. Sadəcə, 1920-ci il noyabrın 30-da Nərimanovun qarşısında partiya tələbi qoyulur ki, dekabrın 1-də Azərbaycan hökumət başçısı kimi, partiya qərarını oxusun. Artıq Nərimanov heç nə edə bilmir və təkbaşına edə də bilməzdi. Zəngəzur zorla Azərbaycandan qopardılaraq Ermənistana verilir.

O ki qaldı dekabrın 1-də Nəriman Nərimanovun elan etdiyi bəyanatdakı “Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir” fikrinə, bu barədə tarixçilər artıq öz sözlərini deyiblər. Qərarda da, Nərimanovun çıxışında da, 1920-ci il dekabrın 1-də Bakı Sovetinin iclasında onun elan etdiyi bəyannamədə də Naxçıvan haqqında məsələ qaldırılmamışdı. Lakin ertəsi gün qəzetlərdə dərc olunmuş bəyannaməyə aşağıdakı fikir əlavə edilmişdi: “Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanın ayrılmaz hissəsidir” (!) Bu barədə “Azərbaycan tarixi” yeddicildliyinin 6-cı cildində  – 2000-ci il nəşri – səhifə 176-da aydın yazılıb.

 – Zəngəzurun güzəşti konkret şərtlər əsasında oldu, ermənilər Azərbaycana qarşı iddialardan əl çəkməliydilər, amma hətta üstündən 70 il sonra da əsassız torpaq iddialarına son qoyulmadı. Belə olan halda Azərbaycan öhdəliklərini pozan Emənistanı cəzalandırıb tarixi torpaqlarını geri qaytara bilməzmi?

– Belə şərtlər 1918-ci il mayın 29-da İrəvan ermənilərə siyasi mərkəz kimi güzəştə gediləndə də qoyulmuşdu, 1919-cu ildə Sultan Sultanovun qoşunları Zəngəzurdan çıxarılanda da. Ermənilərin dəyişməz xisləti belədir ki, çətin vəziyyətə düşən kimi, havadarlarını köməyə çağırır, onların vasitəçiliyi ilə müharibəni dayandırır, sonra güc yığıb, öz əvvəlki yaramazlıqlarını davam etdirirlər. Ermənilər heç vaxt heç bir vədlərinə əməl etməyiblər, bunu onlardan gözləmək də lazım deyil. Sadəcə, onları güc tətbiq etməklə nəyəsə məcbur etmək mümkündür. Ermənilər üçün öhdəlik deyilən bir anlayış yoxdur, hər hansı bir öhdəlik onlar üçün məsələnin altından çıxmaq üçün bir vasitə, üsuldur. Mən o fikirdəyəm ki, Ermənistana heç vaxt dirçəlmək üçün imkan vermək olmaz və bütün vasitələrdən istifadə edib, tarixi torpaqlarımızı geri almalıyıq. Məsələnin birdəfəlik həllinin yeganə yolu erməni deyilən bu vəhşi toplumun Cənubi Qafqazdan birdəfəlik qovulub çıxarılmasıdır.

– Qərbi Zəngəzurun itirilməsinin 101-ci ildönümündə Zəngəzur dəhlizinin açılması istiqamətində müzakirələr gedir, bu məsələ nəinki regional güclərin, hətta qlobal güc mərkəzlərinin maraq darəsinə, müzakirə mövzusuna çevrilib. Prosesin məntiqi sonluğuna çatacağı əminliklə ifadə olunur, bu barədə Aşqabad səfəri zamanı Azərbaycan Prezidenti növbəti dəfə mövqeyini  ifadə etdi. Siz bu proseslərlə bağlı nə gözləyirsiniz? Zəngəzurdan keçəcəyimiz tarixlə bağlı təsəvvürünüz və gözləntiləriniz necədir?

– Zəngəzur dəhlizinin açılması qaçılmaz prosesdir, bunu ermənilər də çox gözəl bilir, onu da bilirlər ki, ermənilərin təkcə bir dövlət kimi yox, həm də bir etnos kimi Cənubi Qafqazda qalıb-qalmaması bu məsələyə bağlıdır. Sadəcə, erməni xisləti onları ənənəvi addımlar atmağa sövq edir, yəni çalışırlar özlərini bu dəhlizin açılmasını istəmədikləri kimi göstərməklə Azərbaycandan, hətta Türkiyədən və Rusiyadan mümkün qədər çox güzəşt qopartsınlar. Amma mən inanmıram ki, bu dəfə istəklərinə nail olalar, bu dəfə Zəngəzur dəhlizi açılacaq və biz Zəngəzura qayıdacağıq, bu aksiomadır.

– Əziz bəy, bugünlərdə həm də Zəngəzur daxil olmaqla, Ermənistan adlanan tarixi ərazilərimizdən azərbaycanlıların deportasiya edilməsinin 33-cü ildönümü tamam olur. Vedibasar mahalının sahiblərindən biri olaraq yurda dönüşü real sayırsınızmı? Sizcə, danışıqlar masasında 300 minlik qərbi azərbaycanlının Böyük Qayıdışı məsələsi qoyulmalıdırmı, yaxud məsələ gündəlikdədirmi?

– 10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyannamə ilə Qarabağ münaqişəsinə son qoyulub. Ermənistan kapitulyasiya aktına qol çəkməklə öz məğlubiyyətlərini qəbul edib. Hazırda Qarabağ münaqişəsinin bütün nəticələri aradan qaldırılır. Bu nəticələr sırasına Qarabağ münaqişəsinin birinci mərhələsində – 1988-1991-ci illərdə Azərbaycanın tarixi torpaqları olan indiki Ermənistan ərazisindən 300 min nəfərə yaxın soydaşımızın deportasiyası da daxildir. Ona görə də bəli, Ermənistanla sülh sazişi üçün danışıqlara başlayarkən həmin 300 min nəfər qaçqının öz dədə-baba yurdlarına qayıtması məsələsi də qoyulmalıdır. Bir milyondan artıq məcburi köçkünümüz, nəhayət ki, 30 ildən sonra öz doğma yurdlarına qayıdacaqlar, hamımız buna sevinirik, bu, xalqımızın tarixi qələbəsidir. Amma bu gün sayı 500 minə çatan Qərbi Azərbaycan qaçqınımızın insani haqlarını da yaddan çıxarmamalıyıq, onlar da öz doğma yurdlarına qayıtmaq istəyirlər. Burada bir incə məqam var, bəziləri bilərəkdən, ya bilməyərəkdən belə fikir irəli sürürlər ki, onda ermənilər də Bakıya və başqa rayonlarımıza qayıtmaq istəyər. Qoy istəsinlər, qoy qayıtsınlar, biz buna hazırıq, bundan qorxmaq lazım deyil, heç biri gəlməyəcək, çünki Azərbaycan xalqına etdikləri xəyanətin və pisliyin dərəcəsini yaxşı bilirlər və bunun bədəlinin onlara ödədiləcəyinə də əmindirlər. Buna görə də ermənilər bu gün bir çaşqınlıq, psixoloji gərginlik və qeyri-müəyyənlik içindədirlər. Bizim nəinki Zəngəzura, həm də Göyçəyə, Dərələyəzə, İrəvana və bütün Qərbi Azərbaycan mahallarına qayıdacağımızı şüurları ilə olmasa da, instinktiv olaraq, heyvani duyğuları ilə hiss edirlər. Və yanılmırlar da. Bu da təbiidir, o yerlər Azərbaycan xalqı üçün müqəddəs yerlərdir, o yerlərdə Oğuz xanın, Bayandur xanın, Sunqur xanın qəbirləri var, əcdadlarımızın ruhları yatır orada. O ruhlar o torpaqlarda heç vaxt düşməni barındırmaz, əcdadlarımızın ruhları çəkib aparacaq bizi o yerlərə. Mən buna yüz faiz əminəm. 200 il əvvəl bölgənin erməniləşdirilməsi kimi süni proses başlayıb və sentyabrın 27-də bu proses dayandırılıb, o gündən geriyə sayım başlayıb, 200 əvvəlki sıfır nöqtəsinə qədər də davam edəcək. Hər bir azərbaycanlı buna inanmalıdır və bu hədəfə doğru addımlamalıdır.

– Bir sıra ciddi ekspertlər Azərbaycan Milli Məclisinin Zəngəzur daxil, tarixi Azərbaycan ərazilərinə rəsmi iddia irəli sürməsini, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının 1918-20-ci illərdə mövcud olmuş 113,9 min kv.km-lik ərazilərə sahiblənməyimiz uğrunda qəti mübarizəyə başlamağımızı təklif edirlər. Sizin bununla bağlı yanaşmanız necədir?

– Mən bu barədə Milli Məclisdə məsələ qaldırmışam. Çıxışımda dedim ki, “biz 1991-ci ildə 1920-ci il aprelin 28-də itirdiyimiz müstəqilliyimizi bərpa etmişiksə və bu məsələdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının 1-ci bölməsinin 2-ci maddəsində deyildiyi kimi, ”Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” tezisinə istinad etmişiksə və təbii ki, bu, belədir, bunun belə olduğunu Cümhuriyyətin bütün dövlət atributlarını qəbul etməyimiz də sübut edir, onda biz Cümhuriyyətin ərazi bütövlüyünü təmin etməyi də prinsip olaraq qəbul etmiş olmuşuq. Maraqlıdır ki, indiki Ermənistan Respublikası da özünü 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının ermənilərə güzəştə getdiyi 9 min kv km-lik daşnak respublikasının varisi elan edib və onun dövlət atributlarını qəbul edib. Bu, o deməkdir ki, bugünkü Azərbaycan Respublikası və bugünkü Ermənistan Respublikası müvafiq olaraq həm də sovet dövründəki 86, 6 və 29,8 min kv.km-lik ərazilərin yox, 1918-ci ildəki 113,9 və 9 min kv km-lik ərazilərin varisidirlər”.

İndi də həmin fikirlərimdə qalıram. Amma təbii ki, beynəlxalq hüquq var və mən çıxış yolu kimi təklif etdim ki, 1918-ci ildəki status-kvoya qayıdılmalı, Qərbi Zəngəzur, Dərələyəz, Göyçə və Vedibasar mahalları əraziləri danışıq masası üzərinə yatırılmalı, həmin ərazilər təzminat olaraq Azərbaycana geri qaytarılmalı, ya da hələlik Ermənistan ərazisində qalmaqla Türkiyə və Rusiyanın nəzarəti altında Azərbaycanla Ermənistanın birgə istifadəsinə və ermənilərlə azərbaycanlıların birgəyaşayışına verilməlidir. Bu, ermənilərin özü üçün də yaxşı olar, onsuz da biz o torpaqlara qayıdacağıq.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Instagram

Check Also

Deputatlığa namizəd ETİRAZ ETDİ: İcra orqanları camaatı görüşlərə gəlməyə qoymur

Artıq parlament seçkilərinə sayılı günlər qalıb. Bir çox namizədlər isə avqustun 9-dan təbliğat-təşviqat kampaniyası çərçivəsində …