Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı ölkələrində islahatlar prosesinə dəstək vermək niyyətini təsdiqləyir.
Boyukmillet.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ-Şərq Tərəfdaşlığı sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.
“Sammitin ikinci elementi bu tərəfdaşlığın gələcəyə yönəlməsi, əhalinin gözləntilərinə konkret cavab verilməsi üçün zəruri olan islahatlar prosesini dəstəkləmək niyyətlərini təsdiqləmək imkanıdır”, – deyə o bildirib.
Xatırladaq ki, “Şərq Tərəfdaşlığı” layihəsi 2009-cu ildə Aİ, onun üzv dövlətləri və altı ölkə: Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukrayna arasında siyasi və iqtisadi əlaqələri gücləndirmək üçün başlayıb.
Belarus istisna olmaqla, Şərq Tərəfdaşlığının bütün ölkələri Brüsseldə keçirilən sammitdə təmsil olunub. Rəsmi Kiyev layihədə iştirakını dayandırıb.