Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Zelenski Rusiya barədə danışarkən Azərbaycan-Ermənistan liderlərinin görüşünü xatırladıb

Rəsmi Kiyev Rusiya ilə istənilən formatda danışıqlara hazırdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə mətbuata açıqlamasında bildirib.

“Ukrayna prosesin həlli üçün Rusiya Federasiyası ilə istənilən formatda danışıqlara hazırdır”, – dövlət başçısı bildirib.

O, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşü də xatırladıb. Ukrayna lideri hesab edir ki, Moskva ilə Kiyev arasında da “nə vaxtsa belə olacaq”.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …