Cümə , 22 Noyabr 2024
Drone Cameras

Aİ Komissarı: “SGC Məşvərət Şurası Avropaya qaz nəqlinin artırılmasını müzakirə etməyə imkan verir”

“Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı Avropaya qaz nəqlinin artırılmasını müzakirə etməyə imkan verir”.

Bunu “Report”a açıqlamasında Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.

Onun sözlərinə görə, tədarük həcmləri ilə bağlı müxtəlif qiymətləndirmələr mövcuddur. Bununla belə, o bildirib ki, ümumilikdə, o cümlədən Azərbaycan tərəfdən həcmlərin artırılması üçün müəyyən addımlar atıla bilər.

“Hazırda bizim fəaliyyətdə olan boru xəttimiz var, lakin o, yalnız yayın əvvələrində tam gücü ilə işə salınacaq. Onun vasitəsilə Avropaya 10 milyard kubmetr qaz nəql etmək mümkün olacaq”, – o bildirib.

Xatırladaq ki, fevralın 4-ü Bakıda SGC Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev də toplantıda iştirak edib. Tədbirə həmçinin enerji şirkətlərindən BP, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, “Fluxys”, ICGB, “Romgaz”, SACE, SGC, “Enagas”, “Uniper”, “TotalEnergies”, “Equinor”, “Lukoil”, maliyyə təsisatlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər qurumların, habelə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirklətlərinin nümayəndələri qatılıb.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …