Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Dünyanın 37 ölkəsi Rusiya və Belarusu idmandan uzaqlaşdırmaq istəyir

ABŞ və daha 36 ölkə Rusiya və Belarusun beynəlxalq yarışlara ev sahibliyi hüququndan məhrum edilməsi də daxil olmaqla, yüksək performanslı idman növləri üzrə Moskva və Minskə qarşı tədbir görülməsinə çağırıb.

Boyukmillet.com xəbər verir ki, müvafiq bəyanat Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılıb.

Bu sənədə əsasən, hazırkı təşəbbüsün iştirakçıları Rusiya və Belarusa beynəlxalq idman tədbirlərinin keçirilməsinə icazə verilməməsini müdafiə edirlər. Bildirilib ki, Rusiya və ya Belarus dövləti ilə əlaqələri olan qurumların sponsorluq və digər maliyyə dəstəyini məhdudlaşdırmaq lazımdır.

Sənədi Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Kipr, Koreya Respublikası, Latviya, Litva, Lixtenşteyn, Lüksemburq, Malta, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, ABŞ, Finlandiya, Fransa, Xorvatiya, Çexiya, İsveçrə, İsveç, Estoniya və Yaponiya imzalayıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …