Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

Zelenski Ukrayna “Qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb

Ukrayna Prezidenti Volodimir Zelenski “Qanunvericiliyin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk feysbukda yazıb.

“Ukrayna Prezidenti Volodimir Zelenski “Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb”, – o bildirib.

Onun sözlərinə görə, indi qanunvericilikdə “Böyük Oktyabr Sosialist İnqilabının qələbələri” qeyd edilməyəcək, “Leninin kommunist cəmiyyəti quruculuğu ideyalarını” həyata keçirmək istəyi, Kommunist Partiyası tərəfindən hazırlanmış proqramlara istinad yoxdur.

Siyasətçi bildirib ki, ümumilikdə 1 200 civarında dövlət aktı “təmizlənib”.

Ukrayna Nazirlər Kabinetinə də yaxın vaxtlarda eyni prosesi öz qurumlarında həyata keçirmək, habelə yeni Əmək Məcəlləsi, Mənzil Məcəlləsi və İnzibati Xətalar Məcəlləsini hazırlamaq tapşırılıb:

“Bu qanunun hazırlanmasında əməyi olan və onun qəbuluna səs verən xalq deputatlarının hamısına təşəkkür edirəm. Əvvəlki 30 illik müstəqillik dövründə xalq deputatlarının edə bilmədiklərini birlikdə etdik”.

Check Also

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların …