Estoniya Rusiyanın hərbi müdaxiləsi başlayandan Ukraynaya 230 milyon avroluq silah-sursat tədarük edib.
Boyukmillet.com xəbər verir ki, bu barədə Estoniya Dövlət Müdafiə İnvestisiyası Mərkəzinin rəhbəri Maqnus-Valdemar Saar mayın 6-da bildirib.
O, Estoniyanın Ukraynaya silah-sursat, o cümlədən minaatan, tankəleyhinə qumbaraatan, tankəleyhinə idarəetmə sistemi, təkərli zirehli texnika, eləcə də hərbçilər üçün çoxlu sayda avadanlıq tədarük edib.
Mərkəz rəhbərinin sözlərinə görə, Estoniya Ukraynaya yardım etmək və onu istənilən yolla dəstəkləmək üçün əlavə imkanlar axtarır: “Biz Ukraynanı səhiyyə sahəsində xidmətlərdə olduğu kimi təhsildə də dəstəkləməyə hazırıq”.