Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Ermənistan müxalifəti bu gün İrəvanı iflic edəcək

Ermənistan müxalifəti bu gün paytaxt İrəvanı iflic vəziyyətə salacaq.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkə parlamentinin vitse-spikeri, müxalif “Ermənistan” fraksiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib.

“Saat 8:00-dan biz bütün şəhərdə kütləvi itaətsizlik və etiraz aksiyalarına başlayacağıq. Küçələri bağlayacağıq, nəqliyyatı bağlayacağıq. Səhər bütün şəhər iflic vəziyyətinə düşməlidir”, – o deyib.

Saqatelyan dövlət qulluqçularına, işə gedəcək bütün vətəndaşlara müraciət edib: “İşəgötürənlərinizə sabah işə gəlməmək üçün qanuni hüququnuz olduğunu bildirin, çünki şəhər mahiyyətcə iflic olacaq”.

Müxalifətçi tələbələri dərsə getməməyə, mübarizəyə qoşulmağa çağırıb.

O, sürücüləri də küçələrdə siqnal siqnalı verməyə və bununla da etirazlara qoşulmağa dəvət edib.

Check Also

Tehran əvvəlki səviyyəyə qayıtdı: İran raket istehsalını tam bərpa edib

İran raket istehsalını yenidən tam gücü ilə bərpa edərək arsenalını əvvəlki səviyyəyə çatdırıb. Boyukmillet.com xəbər …