Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycan və Latviya arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Latviyada “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanıb.

Bu barədə agentlikdən məlumat verilib.

Sənədi Azərbaycan tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli, Latviya tərəfindən Latviya Respublikasının Qida və Baytarlıq Xidmətinin baş direktoru Maris Balodis imzalayıb. Sənəd “Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya”nın 8-ci iclası çərçivəsində imzalanıb.

Anlaşma Memorandumu iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə xidmət edir. Sənəd qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin tərəflərin ərazilərində qüvvədə olan milli qanunvericilik aktları və beynəlxalq prinsiplər nəzərə alınmaqla həyata keçirilməsini təmin edəcək.

Bundan əlavə, Memorandum “tarladan süfrəyədək” prinsipinə uyğun olaraq, qida, o cümlədən baytarlıq nəzarətində olan məhsulların optimal səviyyədə təhlükəsizliyini qida zəncirinin bütün mərhələləri boyunca təmin etməklə azad və maneəsiz ticarətə dəstək verilməsini nəzərdə tutur.

Həmçinin sənəddə qida təhlükəsizliyi sahəsində mütəxəssislər arasında təcrübə mübadiləsi, ölkələrin epizootik vəziyyəti, eləcə də qida təhlükəsizliyinin təmin edilməsinə dair digər zəruri istiqamətlər üzrə informasiya mübadiləsi kimi bir sıra məsələlər yer alıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …