Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Gürcüstan spikeri: “Türkiyə və Azərbaycanla üçtərəfli əməkdaşlığa böyük önəm veririk”

“Gürcüstan Türkiyə və Azərbaycanla üçtərəfli əməkdaşlığa böyük önəm verir”.

Boyukmillet.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisində Gürcüstan parlamenti ilə dostluq qrupunun rəhbəri Halil Etyemezlə görüşdə deyib.

Tərəflər Gürcüstan və Türkiyə arasında müxtəlif sahələrdə sıx əməkdaşlığı müzakirə ediblər və qanunverici orqanlar arasında əlaqələrin intensivləşdirilməsini alqışlayıblar.

Görüşdə regionda sülhün möhkəmləndirilməsi üçün atılmış addımlar da diqqət mərkəzində olub.

Ş.Papuaşvili Türkiyəyə Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyinə görə minnətdarlığını bildirib.

Tərəflər ölkələr arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə hazırlıqlarını ifadə ediblər.

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …