Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Qızıl ucuzlaşıb

ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin artması fonunda qızıl ucuzlaşıb.

Boyukmillet.com birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,1%, yaxud 1,85 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 850,25 ABŞ dollarına satılıb. Gümüşün iyul fyuçerslərinin qiyməti isə 0,31% düşərək 1 unsiyası 22,108 ABŞ dolları təşkil edib.

ABŞ-ın 10 illik “US Treasuries” istiqrazlarının gəlirliliyinin 2,97%-dən 3,007% səviyyəsinə çatması qızılın qiymətinə mənfi təsir göstərib.

Bundan başqa, daha bahalı dollar da qiymətli metal üzərində təzyiq yaradır. Belə ki, dolların indeksi 0,23% artaraq 102,55 bəndə çatıb.

Check Also

Banklar Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində təmsil olunacaq

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) tərkibində Bank Ekspertlər Şurası yaradılıb. Bu barədə “Report”a AQC sədri Vüqar Oruc …