“Azərbaycan və Türkiyə arasında ötən il imzalanmış və rəsmən müttəfiqlik münasibətlərinin əsasını təşkil edən Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə gələn həftə hər iki ölkədən olan rəsmilər Şuşada toplanacaq”.
Boyukmillet.com xəbər verir ki bu barədə Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran bildirib.
Nazir müavini qeyd edib ki, qarşıdakı həftə Şuşada baş tutacaq tədbirdə Türkiyə rəhbərliyinin geniş heyətlə təmsil olunması planlaşdırılıb.