Cümə , 22 Noyabr 2024
Drone Cameras

Bu il daha 1500 şəhid ailəsi və müharibə əlilinə mənzil və fərdi ev veriləcək

“Bu il artıq sosial cəhətdən həssas qruplardan olan ailələrə 500-dən çox mənzil verilib. Bu il ərzində ümumilikdə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub”.

Boyukmillet.com xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil və avtomobillə, sosial xidmətlərlə təminatı işlərinə dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ötən il 3 000, 44 günlük Vətən müharibəsindən sonra isə ümumilikdə 3500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin edilib:

“Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı keçən il 5 dəfə genişlənib və həmin dövrdə 3 000 mənzilin bu kateqoriyalardan olan şəxslərə verilməsi proqramı icra olunub”.

Sədrin sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən dövrdə ümumilikdə 12 500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verib: “Dövlət başçısının 25 avqust 2021-ci il tarixli sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanlarına və onlardan şəhid olanların ailələrinə də mənzillər verilir”.

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …