“YAŞAT” fondu tərəfindən Türkiyəyə göndərilən və burada müalicə alan daha bir vətən müharibəsi qazisi evinə qayıdıb.
Boyukmillet.com xəbər verir ki, Tovuz rayonunun Aşağı Quşçu kəındindən olan 44 günlük Vətən müharibəsinin iştirakçısı, 25 yaşlı Emil Qocayev şəhərin girişində ictimaiyyət nümayəndələri, qazilər, dostları və qohumları tərəfindən qarşılanıb.
Daha sonra avtomobil karvanı ilə Şəhidlər Xiyabanına gələrək Vətənin ərazi bütövlüyü ugrunda canlarından keçib, qəhrəmancasına həlak olan şəhidlərin məzarlarını ziyarət edib.
Qeyd edək ki qazi Emil Qocayev Vətən müharibəsinin ilk günündən döyüşlərdə iştirak edib, Füzuli istiqamətində gedən döyüşlərdə oktyabrın 26-da ağır yaralanıb.
Türkiyədə 1 il 2 ay müalicə alan Emil 9 dəfə əməliyyat olunub. Bundan sonra Bakıda reabilitasiya mərkəzində müalicəsi davam edəcək.
Qazi “Füzulinin azadlıgı ugrunda” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları ilə təltif olunub.