Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Meksikada 7 nəfərlik ailə qətlə yetirilib

Meksikanın Verakruz ştatının Boka-del-Rio şəhərində qadınlar və bir uşaq daxil olmaqla 7 nəfərlik ailə qətlə yetirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli prokurorluğun mətbuat xidməti tviterdə bildirib.

“Biri azyaşlı olmaqla üç qadın və dörd kişinin ölümü ilə bağlı cinayət işi açılıb”, – mətbuat xidməti vurğulayıb.

Meksikada son illərdə qəsdən adam öldürmələrin sayı bir qədər azalıb. Hökumətin məlumatına görə, 2022-ci ilin ilk 5 ayında 10 838 belə cinayət qeydə alınıb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …