Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Ukraynada Polşa vətəndaşlarına xüsusi status verilə bilər

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının yeni liderinin və ölkənin baş nazirinin adı sentyabrın 5-də açıqlanacaq, namizədlərin irəli sürülməsi bir gündə, iyulun 12-də başlayıb, başa çatacaq.

Boyukmillet.com xəbər verir ki, bunu növbəti partiya liderinin seçilməsi prosesinə cavabdeh olan Parlament 1922-ci il Komitəsinin rəhbəri Qrem Bredi bildirib.

“Nəticə sentyabrın 5-də açıqlanmalıdır, bu, parlament yay tətilindən qayıdanda baş verəcək”-deyə, o bildirib.

Namizədlərin rəsmi irəli sürülməsi iyulun 12-də baş tutacaq və elə ertəsi gün partiyanın liderliyinə namizədlər üzrə səsvermənin birinci turu təyin edilib. İkinci tur, ehtimal ki, iyulun 14-də baş tutacaq. Namizədlərin yoxlanılması iyulun 21-dək başa çatmalıdır.

Bundan sonra siyahılarda yalnız iki nəfərin adı qalmalıdır ki, onların taleyini artıq İcmalar Palatasının deputatları deyil, Mühafizəkarlar Partiyasının sıravi üzvləri müəyyən edəcək.

Check Also

Mask Orbanın qanunsuz miqrantları Brüsselə göndərmək ideyasını dəstəkləyib

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask Brüsselə qeyri-qanuni miqrant göndərməyə hazır olduğunu açıqlayan Macarıstanın …