Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Prezidentin köməkçisi: “Azərbaycanda əməkhaqqının ÜDM-dəki payı 17%-i ötüb”

2018-2022-ci illərdə Azərbaycanda əməkhaqqının ümumi daxili məhsuldakı (ÜDM) payı 12,7%-dən 17,1%-ə yüksəlib.

Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov bildirib.

Onun sözlərinə görə, iqtisadi artımın nəticələrindən insanların faydalanması getdikcə daha da çoxalır: “Azərbaycan dövlətinin sosial mahiyyətini göstərən əsas amillərdən biri də median əməkhaqqı orta əməkhaqqından, minimum əməkhaqqı isə median əməkhaqqından üstün templə artır. 2018-2022-ci illərdə orta əməkhaqqı 41%, median əməkhaqqı 86%, minimum əməkhaqqı isə 2,3 dəfə artb.

Burdan çıxan əsas nəticə odur ki, əhalinin daha az gəlirli hissələrinin əməkhaqları daha üstün templə çoxalır. Bu bir tərəfdən yoxsulluğun azalması , digər tərəfdən isə orta təbəqənin güclənməsi anlamına gəlir”.

Check Also

Azərbaycanın qızıl satışından qazancı 51 faiz artıb

Dünyada qızılın qiymətinin kəskin bahalaşması fonunda Azərbaycanın qiymətli metalların ixracından əldə olunan gəlirləri 51 faiz …