Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında dialoqa töhfə verməyə hazırdır”

“ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa töhfə vermək istəyir”.

“Cənubi Qafqazda regional nəqliyyat əlaqələrinin yaxşılaşdırılması regional iqtisadi artım perspektivlərinə müsbət təsir göstərə və Ermənistanla Azərbaycan arasında hərtərəfli sülhə şərait yarada bilər”, – Dövlət Departamenti vurğulayıb.

Xatırladaq ki, iyulun 25-də ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı E.Blinken qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır. Dövlət katibi həmçinin ABŞ-ın Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələri və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstək verməyə hazır olduğunu bildirib.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …