Cümə , 2 May 2025
Drone Cameras

Azərbaycan və Yaponiyanın paytaxtları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib

Yaponiya və Azərbaycanın paytaxtları arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin feysbuk səhifəsində bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Tokionun qubernatoru Koike Yuriko ilə görüşüb.

Görüşdə Azərbaycan və Yaponiya arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi, həmçinin Bakı və Tokio arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Check Also

Özbəkistan Senatı Azərbaycanla müttəfiqlik münasibətləri haqqında müqaviləni ratifikasiya edib

Özbəkistan Ali Məclisinin Senatı (yuxarı palata) Özbəkistan və Azərbaycan arasında müttəfiqlik münasibətləri haqqında müqaviləni təsdiqləyib. …