Bazar , 29 Sentyabr 2024
Drone Cameras

ABŞ Konqresində Ermənistanın vandalizminə dair faktlar nümayiş etdirilib

ABŞ Konqresində Ermənistanın vandalizminə dair faktlar nümayiş etdirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim tviter hesabında yazıb.

“ABŞ Konqresində şəkillər və video görüntülər öz sözünü dedi. Foto və videomateriallarda Azərbaycan şəhərlərinin Ermənistan tərəfindən dağıdılması və mülki insanları öldürmək üçün yerləşdirilmiş minaların basdırılması əks olunub”, – səfir qeyd edib.

Səfir ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bu xarabalıqları ziyarət etmək və Ermənistan tərəfindən törədilən cinayətlərə şahid olmaq istəmədiyini vurğulayıb.

“Və siz sabit və təhlükəsiz Qafqaza çağırırsınız?! İnsanlar sözlərə deyil, əməllərə inanır!”, – səfir əlavə edib.

Check Also

İcma: Mirzoyanın Azərbaycanda “erməni mədəni irsi”nin guya təhlükədə olması barədə bəyanatını qınayırıq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Qədim Sivilizasiyalar Forumunda verdiyi bəyanatı kəskin şəkildə qınayır və …