Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Azərbaycan və Yaponiya ikitərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəlib

Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə bu ölkənin dövlət xarici işlər naziri Kenci Yamada ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin tviter səhifəsində paylaşım edilib.

Görüş zamanı dövlətlər arasında ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi müzakirə olunub.

“Səfir İsmayılzadə Yaponiyanın dövlət xarici işlər naziri Kenci Yamada ilə görüşüb və iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıb. Tərəflər ikitərəfli dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi üçün sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər”, – paylaşımda deyilir.

Check Also

Azərbaycan BMT-nin iki komissiyasına üzv seçilib

10 dekabr 2025-ci il tarixində Nyu-York şəhərində BMT-də keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BMT-nin Əhali və …