Bazar , 19 Yanvar 2025
Drone Cameras

Braziliyanın keçmiş ədliyyə naziri həbs edilib

Braziliyanın keçmiş ədliyyə və ictimai təhlükəsizlik naziri Anderson Torres ABŞ-dan vətənə qayıtdıqdan sonra paytaxtın hava limanında həbs edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “CNN Brasil” federal polisdəki mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, keçmiş məmur iğtişaşlara göz yummaqda ittiham olunur.

Eks-nazir məhkəmə-tibbi ekspertizası və daha sonra qeyri-müəyyən müddətə həbs olunmaq üçün hərbi polis qarnizonlarından birinə aparılıb.

Bir gün əvvəl Torresin evində axtarış zamanı 2022-ci ilin oktyabrında keçirilmiş prezident seçkilərində səsvermənin nəticələrini dəyişdirmək məqsədilə Ali Seçki Məhkəməsinin (MSK-ya bənzər) işinə icra hakimiyyətinin müdaxiləsi haqqında fərman layihəsi aşkar edilib.

Keçmiş nazirin şkafından tapılan sənədin mətnindən belə çıxır ki, fərmanın məqsədi Bolsonaroya seçkilərdə qələbə qazandırmaq olub. Bununla bağlı polis sənədin hansı şəraitdə hazırlandığını yoxlayacaq.

Check Also

KİV: Zelenski Trampın komandasına Rusiya ilə sürətli danışıqların təhlükələri barədə xəbərdarlıq edib

Ukrayna ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandasına Rusiya ilə sürətli danışıqların təhlükələri barədə xəbərdarlıq …