“Can Azərbaycanın yanındayıq”.
Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Derya Yanık tviterdə yazıb.
“Azərbaycanın Tehrandakı səfirliyinə hücumu şiddətlə lənətləyirəm. Allah hücumda şəhid olan mühafizə əməkdaşına rəhmət eləsin. Yaralılara şəfa arzulayıram”, – o bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məlumata görə, Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.