Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumun anbaan görüntüləri yayılıb – VİDEO

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə edilən silahlı hücumun anbaan görüntüləri yayılıb.

Boyukmillet.com xəbər verir ki, görüntülər Azərbaycanın diplomatik korpusunun müşahidə kameraları tərəfindən lentə alınıb.

Görüntülərdə Azərbaycan səfirliyinin əməkdaşlarının terrorçunu qəhrəmancasına zərərsizləşdirməyə cəhd göstərdiyi öz əksini tapıb.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

https://core.telegram.org/widgets

Check Also

XİN Azərbaycan vətəndaşlarını İsrailə səfərdən çəkinməyə çağırır

Azərbaycan Xarici İşlər Nazirliyi İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda ölkə vətəndaşlarını İsrailə səfərdən …