Cümə , 12 Dekabr 2025
Drone Cameras

Ukrayna energetika nazirinin müavini: “Strateji marağımız Azərbaycanla əməkdaşlıqdır”

Ukraynanın strateji marağı Avropa İttifaqı (Aİ), ABŞ, Türkiyə və Azərbaycanla əməkdaşlıqdır.

Boyukmillet.com xəbər verir ki, bunu ölkənin energetika nazirinin müavini Nikolay Kolesnik deyib.

Kolesnik qeyd edib ki, Ukrayna Xəzər dənizindən Aİ-yə təbii qazın tranziti və saxlanması üçün sərbəst imkanlar təqdim etməyə hazırdır.

Nazir müavininin sözlərinə görə, Ukrayna bu gün neft-qaz kompleksində əməkdaşlıq çərçivəsində tərəflərin tamhüquqlu tərəfdaşıdır.

“Azərbaycanla əməkdaşlıq çərçivəsində əsas infrastruktur layihələrindən biri neftin Xəzər regionundan Aİ bazarlarına nəqli üçün yeni marşrutun yaradılması üzrə Avro-Asiya Neft Nəqliyyat Dəhlizi layihəsidir. Biz “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində maraqlıyıq və təbii qazın nəqli marşrutlarının şaxələndirilməsində əməkdaşlığa hazırıq”, – Nikolay Kolesnik vurğulayıb.

Check Also

BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi açıqlanıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın magistral neft kəmərləri ilə 33 milyon 408,9 min ton neft nəql edilib. …