Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Etibar Mirzəyev: “FHN-in psixoloqları Türkiyədə zərərçəkəkənlərə və xilasedicilərimizə yardımlar göstərirlər”

“Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) psixoloqları Türkiyədə xilasedicilərimizə psixoloji yardımlar göstərirlər”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev deyib

Onun sözlərinə görə, Türkiyənin Kahramanmaraş şəhərində fəaliyyət göstərən FHN-in mobil səhra hospitallarına indiyədək 1500-ə yaxın xəstə qəbul edilib:

“Eyni zamanda psixoloqlarımız da Kahramanmaraşda fəaliyyətlərini davam etdirirlər. Burada zəlzələdən əziyyət çəkən insanlara psixoloji yardımlar göstərilir. Həmçinin psixoloqlarımız xilasedicilərimizə psixoloji yardımlar göstərirlər, onlarla mütamadi söhbətlər aparırlar”.

Check Also

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb. Boyukmillet.com xəbər verir ki, mərasim Prezident İlham …