Çərşənbə , 4 Mart 2026
Drone Cameras

İlham Əliyev Emoməli Rəhmona başsağlığı verib

Prezident İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona başsağlığı verib.

Boyukmillet.com xəbər verir ki, başsağlığı mətnində deyilir:

“Hörmətli Emoməli Şərifoviç,

Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş qar uçqunu nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Tacikistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Check Also

İran böhranı pik həddə-Rusiya vətəndaşlarını Bakı üzərindən çıxarır

Rusiya İrandakı vəziyyət fonunda vətəndaşlarının təxliyəsinə başlayıb. Boyukmillet.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinə …