Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Qətərdə bütün koronavirus məhdudiyyətləri ləğv edilib

Qətər hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan bütün məhdudiyyətləri ləğv edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə hökumətin kommunikasiya idarəsinin tviter səhifəsində dərc olunmuş bəyanatında deyilir.

Qeyd olunub ki, ölkənin Nazirlər Şurası bütün vətəndaşların, sakinlərin və ölkəyə gələnlərin tibb müəssisələrində maska ​​taxması tələbi istisna olmaqla, COVID-19 ilə bağlı əvvəllər tətbiq edilmiş bütün məhdudiyyətləri aradan qaldırmaq barədə qərar qəbul edib.

Əvvəllər tibbi maskaların taxılması yalnız səhiyyə müəssisələrində, ictimai nəqliyyatda və xidmət işçiləri üçün məcburi idi.

Check Also

Bayden Ukraynaya 5,5 milyard dolların ayrılmasını təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların …