Bazar ertəsi , 20 May 2024
Drone Cameras

“Abel müəllimin tostu lap şedevr oldu” – Şahlar Əsgərov

Yeni Azərbaycan Partiyasının qurucularından olan professor Şahlar Əsgərov Facebook səhifəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin karantin rejiminin qaydalarını pozaraq övladına keçirdiyi toy mərasiminin iştirakçıları ilə bağlı məsələyə münasibətini açıqlayıb.

“Hər kəs fəaliyyət ilə öz portiretini çəkir. Necə ki, son günlər iki akademikimiz çəkdilər. Abel müəllimin çəkdiyi şəkil lap şedevr oldu. Akademik tostunda deyir: “Ramiz müəllim siz çox böyük adamsınız.., biz isə çox kiçik(!). Akademikin məntiqi çox dolaşıqdır. Belə ki, böyük adamların toyunda çox kiçik adamların nə işi? Yox, əgrər toya çağrılanlar çox kiçiklərdirsə toy sahibi çoxmu böyükdür?
”Elmdə himayədarlıq akademik mühiti korlayıb” məqaləmdə AMEA öz məqsədinə qulluq etmir fikrini söyləmişdim. İlk akademiklərimizdən nə Səməd Vurğun, nə Yusif Məmmədəliyev, nə də digərləri (onlar cəmi 15 nəfər olub) heç biri belə fikir söyləməz, belə işlər görməzdilər” – deyə professor Ş.Əsgərov yazır.

Check Also

ABŞ konqresmeninə rüşvət verməkdə ittiham olunan azərbaycanlının adı məlum olub

İradə Axundova 2021-ci ildə Azərbaycanda “Tərəqqi” medalı ilə təltif edilibmiş Azərbaycandan rüşvət almaqda ittiham olunan …