İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan Biznesinin İnkişafı Fondu” ASC (ABİF) indiyə qədər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarların 52 layihə üzrə banklardan əldə etdiyi 66,8 milyon manat kreditə 56,5 milyon manat dövlət zəmanəti verib.
Bu barədə Fonddan bildirilib.
Məlumata əsasən, bu layihələr üzrə 17,3 milyon manat subsidiya təsdiqlənib.
ABİF-in tətbiq etdiyi zəmanət və subsidiya mexanizmi sahibkarların maliyyə resurslarına çıxışını daha da asanlaşdırır və kredit risklərini minimuma endirir. Mexanizmə əsasən bank və bank olmayan kredit təşkilatlarından əldə edilən kreditlərin 90 %-ə qədər hissəsinə dövlət zəmanəti verilir. Eyni zamanda, kreditlər üzrə illik faiz dərəcəsinin 10 faiz bəndini 36 aya qədər olan müddətdə dövlət subsidiyalaşdırır və kreditlər üçün əlavə güzəşt müddəti tətbiq edir.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
