Cümə , 6 Mart 2026
Drone Cameras

ABŞ-də sinaqoq rəhbəri evinin yanında qətlə yetirilmiş vəziyyətdə tapılıb

ABŞ-nin Miçiqan ştatının Detroyt şəhərinin mərkəzində “Isaac Agree Downtown” sinaqoqunun qəyyumlar şurasının sədri Samanta Uoll evinin yaxınlığında ölü tapılıb. Onun bədənində çoxsaylı bıçaq xəsarətlərinin izləri aşkar edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Detroit Free Press” məlumat yayıb.

Detroyt polisinin məlumatına görə, qan izi hücumun 40 yaşlı qurbanın evində baş verdiyini göstərir.

Detroyt meri Mayk Daqqen “Detroytun gənc liderlərindən birinin” ölümündən sarsıldığını bildirib.

Nəşrin qeyd edib ki, Uoll 2022-ci ildən sinaqoqa rəhbərlik edir. Əvvəllər o, seçki kampaniyalarında iştirak edib və bir neçə demokrat siyasətçinin müşaviri olub.

Cinayətkarın və ya cinayətkarların hərəkətlərinin motivləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Check Also

Livan İran vətəndaşları üçün vizasız rejimi ləğv etmək qərarına gəlib

Livan hökuməti iranlılar üçün vizasız rejimi ləğv etmək qərarına gəlib. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər …