Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

ABŞ-dən Tehrana böyük şərt: Hörmüz boğazı və nüvə proqramını əhatə edən yeni saziş masada

ABŞ Administrasiyası İranla əvvəllər imzalanmış qarşılıqlı anlaşma memorandumuna qayıtmağı planlaşdırmır.

Boyukmillet.com  xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Donald Tramp administrasiyası bunun əvəzinə yalnız Hörmüz boğazındakı gəmiçilik təhlükəsizliyini deyil, həm də Tehranın nüvə proqramını tam əhatə edəcək “daha genişmiqyaslı və əhatəli saziş” bağlamaq niyyətindədir.

Məsələ ilə bağlı çıxış edən ABŞ-nin vitse-prezidenti Cey Di Vens vurğulayıb ki, Tehran ticarət gəmilərinə hücumları tamamilə dayandırmayınca, Birləşmiş Ştatlar İranla hər hansı diplomatik danışıqlar aparmayacaq.

Vaşinqtonun bu sərt mövqeyi Yaxın Şərqdə dəniz təhlükəsizliyi və nüvə böhranı ətrafında gərginliyin davam edəcəyini göstərir.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …