Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırıb

ABŞ-da ehtiyatların rekord səviyyəyə çatması haqqında xəbərlər nefti ucuzlaşdırıb.

Boyukmillet.com xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,38% ucuzlaşaraq 1 bareli 97,03 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 0,41% aşağı düşərək 1 bareli 91,55 ABŞ dolları təşkil edib.

Ucuzlaşmanı şərtləndirən amil ABŞ-da statistikanın açıqlanmasıdır. Belə ki, avqustun 5-dək olan həftə ərzində ABŞ-da neftin kommersiya ehtiyatları 5,5 milyon barel, yaxud 1,3% artaraq 432 milyon barelə çatıb.

Check Also

“Black Sea Energy Cable” üzrə yekun investisiya qərarının qəbul edilməsi üçün Yol Xəritəsi hazırlanır

“Black Sea Energy Cable” layihəsi üzrə yekun investisiya qərarının qəbul edilməsi üçün Yol Xəritəsi hazırlanır. …