Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ-da magistral körpü uçdu, maşınlar suya düşdü

ABŞ-ın Baltimor şəhərində gecə saatlarında yük gəmisinin körpüyə çırpılması nəticəsində “Frensis Skott Key” körpüsü çöküb.

Musavat.com Qafqazinfo-ya istinadən xəbər verir ki, toqquşmadan sonra gəmi alovlanıb və batıb.

Körpünün uçması bir neçə avtomobilin Patapsko çayına düşməsinə səbəb olub. Hazırda itkilər barədə dəqiq məlumat yoxdur, lakin xilasedicilər suda olduğu güman edilən azı 7 nəfəri axtarır.

Qeyd edək ki, dörd zolaqlı, 1,6 mil (2,6 km) körpü Patapsko çayını əhatə edir.

Check Also

Türkiyə Ermənistanla sərhəddəki körpünü yenidən inşa edir

Türkiyə ilə Ermənistan arasında sərhəd təşkil edən Arpaçay çayı üzərində yerləşən tarixi Ani (İpək Yolu) …