Bazar ertəsi , 30 Dekabr 2024
Drone Cameras

ABŞ-da prezident seçkiləri: gecəyarısı səsvermə

Ənənəyə uyğun olaraq, ABŞ-da ümumi prezident seçkiləri gecəyarısı Nyu-Hempşir ştatında yerləşən kiçik Diksvill-Notç şəhərciyində start götürüb.

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, ştat qanunlarına əsasən, sayı 100 seçicidən az olan icmalar öz seçki məntəqələrini gecəyarısı aça və qeydiyyatdan keçən bütün vətəndaşlar səs verdikdən sonra bağlaya bilərlər.

Belə şəhərlərdən ən məşhuru əhalisi 1960-cı ildən bəri gecəyarısı səs verən Diksvill-Notç şəhərciyidir. Buradakı seçki məntəqəsində 7 nəfər qeydiyyatdan keçib və səsvermədən əvvəl son dəqiqələrdə onlara daha bir nəfər qoşulub. Nəticədə 4 nəfər Hillari Klintona, 2 nəfər respublikaçı Donald Trampa, bir nəfər Liberal Partiyasının nümayəndəsi Nyu-Meksiko ştatının keçmiş qubernatoru Heri Consona, seçicinin biri isə hazırkı seçkilərdə iştirak etməyən respublikaçı Mit Romniyə səs verib. Amerika qanunları vətəndaşlara ölkənin ali postuna iddia etməyən siyasətçilərə də səs verməyə icazə verir.

Buna baxmayaraq, Nyu-Hempşir ştatının üç şəhərciyində gecəyarısı keçirilən seçkinin nəticələrinə əsasən Donald Tramp 32-25 hesabı ilə irəli çıxıb. Belə ki, respublikaçıların namizədi Millsfild şəhərciyində 16-4 hesabı ilə qələbə qazanıb, digər şəhərcikdə isə Hillari Klinton rəqibindən 17-14 hesabı ilə üstün olub.

ABŞ-da belə bir deyim var: “Nyu-Hempşir necə səs verirsə, Amerika da elə səs verir.”

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir