Cümə , 19 Aprel 2024
Drone Cameras

ABŞ-da son bir həftədə baş verən silahlı insidentlərdə 430 nəfər ölüb

Son yeddi gün ərzində (17-23 iyul) ABŞ ərazisində 915 silahlı insident baş verib. Nəticədə azı 430 nəfər həyatını itirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə qeyri-kommersiya təşkilatı olan “Gun Violence Archive”in məlumatında deyilir.

Silahlı insdientlər zamanı 1007 nəfər güllə yarası alıb. Təşkilatın hesablamalarına görə, 2020-ci ildə ölkədə baş verən atışmalarda təxminən 43 min nəfər ölüb.

Bu, indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Carı ildə ABŞ-da odlu silahdan istifadə nəticəsində 24 min şəxs həyatını itirib və bu say artmaqda davam edir.

Check Also

Türkiyənin Kayseri şəhərində Naxçıvanın 100 illiyilə bağlı konsert olub

Türkiyənin Kayseri şəhərinin Mədəniyyət Mərkəzində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Qrupunun konserti olub. “Report”un …