Bazar , 25 Oktyabr 2026
Drone Cameras

ABŞ-da uşaqların cinsinin dəyişdirilməsi əməliyyatı tibbi sığortadan çıxarıldı

Bundan sonra ABŞ-da uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatları federal tibbi sığorta proqramı olan Medicaid tərəfindən əhatə olunmayacaq.

Boyukmillet.com xəbər verir ki, məlumatı ABŞ Prezidenti Donald Tramp Truth Social hesabında paylaşıb:

“Medicaid artıq yetkinlik yaşına çatmayanlar üçün cinsiyyətin dəyişdirilməsi əməliyyatlarını və hormon terapiyasını əhatə etməyəcək. Günahsız uşaqlarımızın gənc bədənlərinə ağlasığmaz və dönməz zərər verən bu vəhşi əməliyyatlara və prosedurlara məruz qalması üçün pul ödəməyəcəyik. Son bir il yarım ərzində bu məsələyə göstərdiyimiz təzyiq və qətiyyətimiz sayəsində ABŞ-da onlarla xəstəxana artıq cinsi təsdiqləyici xidmətlər göstərməyi dayandırıb və daha çox xəstəxananın da buna uyğun hərəkət edəcəyini gözləyirik”.

Check Also

Tramp: Müharibə bitdikdən sonra Rusiya və Ukrayna ilə ticarət əlaqələrini bərpa edəcəyik

Birləşmiş Ştatlar Ukrayna münaqişəsi nizamlandıqdan sonra Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı bərpa etmək niyyətindədir. Boyukmillet.com xəbər …