Bazar , 25 Oktyabr 2026
Drone Cameras

ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 86 ticarət gəmisini saxlayıb

ABŞ Hərbi Dəniz Qüvvələri İrana qarşı dəniz blokadasını bərpa etdiyi vaxtdan etibarən bu ölkə ilə əlaqəli, İran limanlarına gedən və ya oradan çıxan 86 ticarət gəmisini saxlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

“ABŞ Hərbi Dəniz Qüvvələri İranın blokadası ilə bağlı tələbləri ciddi şəkildə yerinə yetirməyə davam edir. Sentyabrın 2-nə olan məlumata görə, ABŞ qüvvələri blokadanın icrasını təmin etmək məqsədilə 86 kommersiya gəmisinin istiqamətini dəyişib, 3 gəmini sıradan çıxarıb və daha 2 gəmidə yoxlama aparıb”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ İranın dəniz blokadasını iyulun 14-də bərpa edib.

Check Also

Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası qoyuldu

Şirkət rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulub. “Servan Kəlbəcər” MMC-nin dövlət büdcəsi və fondlara ümumilikdə 432 …